AZ EN RU

Səkkizinci turun oyunlarına yekun vurulub

16 yaşadək Ümumdünya Şahmat Olimpiadası başa çatır.
 8-ci turdan sonra artıq çempion olan komandanın da adı məlumdur. Belə ki, son turda "Özbəkistan-2" komandasını 4:0 hesabı ilə məğlub edən "Türkiyə-Red" komandası çempionluğunu rəsmiləşdirib.
Bu tur "Azərbaycan-Naxçıvan” komandası Livan yığması ilə qarşılaşıb. Görüş "sülh"lə başa çatıb - 2:2. 
"Azərbaycan-1" komandası İran yığması ilə çətin görüşdən qalib ayrılıb - 2,5:1,5. 
8-ci turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
Özbəkistan-1 - Qazaxıstan - 2:5:1,5
Qırğızıstan - Hindistan - 0:4
Kuba - Moldova - 3:1
Türkiyə-Anatolia - Azərbaycan-4 - 2,5:1,5
Gürcüstan-1 - Banqladeş - 3:1
Türkiye-White - Monqolustan - 2:2
Azərbaycan-2 - İngiltərə - 3,5:0,5
Meksika - CAR-1 - 2:2
Latviya - Honqkonq - 3:1
Malaziya - Kanada - 0,5:3,5
Şri-Lanka - CAR-2 - 3:1
Azərbaycan-3 - Panama - 2,5:1,5
Gürcüstan-2 - CAR-3 - 0:4
Misir - Azəbaycan- Sumqayıt - 0,5:3,5.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.10.2022 21:07