AZ EN RU

Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır

Babək rayonunda avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə Şəkərabad-Babək şəhər-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda təmir-bərpa işləri aparılır. Rayon İcra Hakimiyyətindən "Şərq qapısı"na bildirilib ki, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yeni asfalt-beton örtüyü salınır, deformasiyaya uğramış örtük bərpa edilir. Sözügedən yol üzrə təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Həmin yolda nəqliyyat axınının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 27.05.2024 17:25