AZ EN RU

Səhiyyə Xidməti beynəlxalq konfransında iştirak edir

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov ÜST/Avropa, UNİCEF və  Qazaxıstan Hökumətinin birlikdə ev sahibliyi etdiyi,  Almatı deklarasiyasının qəbulunun 45 və İlkin Səhiyyə Xidməti  üzrə Astana Bəyannaməsinin 5 illiyini qeyd etmək üçün keçirilən Universal Tibbi Təminat üzrə seminar və İlkin Səhiyyə Xidməti beynəlxalq konfransında iştirak edib.
Kofransın açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Qasım Comərd Tokayevin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun, ÜST-nin Avropa regional komitəsinin rəhbəri Hans Klugenin, UNICEF-in  Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina Dominikin və UNICEF-in  icraçı direktoru Ketrin Rasselin çıxışları dinlənilib. Tədbirə 600-650 nümayəndə üzbəüz, mindən çox nümayəndə isə online rejimdə qatılıb. 
Sonda Dünyanın İlkin Səhiyyə Xidmətinin bazasını təşkil edən Almata Deklarasiyasının 45 və Astana Bəyannaməsinin 5 illik yubleyi münasibəti ilə keçirilən konfransın yekun mətinin imzalanma tədbiri keçirilib. 
Oktyabrın 24-26-da isə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional komitəsinin 73-cü sessiyası keçiriləcək.

Nəşr edilib : 24.10.2023 12:25