AZ EN RU

Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı azalıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi 11 nəfərdən 9 nəfərə endirilir. Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsi də kollegiyanın tərkibindən çıxarılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 oktyabr 2023-cü il tarixində imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliklə Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Nəşr edilib : 08.01.2024 18:29