AZ EN RU

Səhiyyə Nazirliyinə media tur təşkil olunacaq

Noyabrın 21-də Bakı şəhərindən 15 media nümayəndəsinin Naxçıvan Muxtar Respublikasına media turu təşkil ediləcək. Məqsəd jurnalistləri Naxçıvanda səhiyyə sahəsindəki yeniliklər və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyəti barədə məlumatlandırmaqdır.

Tur çərçivəsində media nümayəndələrinin Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovla Mərkəzi Xəstəxanada görüşü baş tutacaq. Logo Təqdimatı və Dəstək Mərkəzinin açılışı olacaq və görüşün sonunda media nümayəndələrinə hədiyyələr təqdim ediləcək. Daha sonra Naxçıvan Sağlamlıq Mərkəzi və Perinatal Mərkəzlə tanışlıq nəzərdə tutulub.

Səfər müddətində media nümayəndələri Duzdağ turuna çıxacaq, Ordubad Ailə Sağlamlıq Mərkəzi, Ordubad Mərkəzi Xəstəxanası ilə tanış olacaqlar.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.11.2023 11:29