AZ EN RU

Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə çağırış edib

Peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub. Odur ki, peyvənd kifayət qədər effektivdir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, Milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb: “Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.

Nəşr edilib : 06.12.2023 18:07