AZ EN RU

Səhiyyə naziri Teymur Musayev Naxçıvanda səfərdədir

Mayın 22-də Azərbaycan səhiyyə naziri Teymur Musayev Naxçıvan Muxtar Respublikasına səfər edib

"Şərq qapısı" xəbər verir ki, nazir əvvəlcə Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Qeyd edək ki, səhiyyə nazirinin səfər çərçivəsində "Təcili Tibbi Yardım Mərkəzi”, "Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsləri və Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinin fəaliyyətləri ilə tanışlığı nəzərdə tutulur. Eyni zamanda bu gün "Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda
duran vəzifələr”mövzusunda tədbir də keçiriləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.05.2024 11:23