AZ EN RU

Şəhidlərin əzizi xatirəsinə həsr olunan tədbir keçirilib

Babək Rayon Mədəniyyət Sarayında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

 Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın şöbə müdiri Hacı hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə çıxış ediblər.   Bildirilib ki, Prezident cənab  İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə qazanıb. 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Ordumuz, cəsur əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, qəhrəmanlıq salnaməsi yazıblar.

Anım tədbirində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə Vətən müharibəsini özündə əks etdirən videoçarxlar, slaydlar, həmçinin rayon Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən səhnəciklər və qiraətlər təqdim olunmuşdur.

Şəhid ailələri və qazilər tədbirin keçirilməsini yüksək qiymətləndirmişlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.09.2023 17:37