AZ EN RU

Şəhidlərimizin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

    “Gənclər” Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu reallaşıb. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi oyunda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Altı komandanın qatıldığı intellekt oyununda iştirakçılar hərəsi beş raunddan ibarət 2 mərhələdə yarışıblar. 
    Heydər Əliyev adına tam orta məktəbin “Əlincə” komandası yarışmanın qalibi olmaqla kuboka sahib çıxıb. Naxçıvan Qızlar Liseyinin “Turan” komandası ikinci, Heydər Əliyev adına tam orta məktəbin “Dəmir Yumruq” komandası isə üçüncü olub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom təqdim edilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2023 16:12