AZ EN RU

Şəhidlərimiz yad edilib

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin üçüncü ildönümü ölkəmizdə, eləcə də ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında böyük qürur və fəxarət hissi ilə qeyd olunur. Bu münasibətlə bir sıra mədəni-kütləvi tədbirlər, ziyarətlər təşkil olunur. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirliyinin kollektivi Zəfər Günü münasibətilə Naxçıvan şəhəri ərazisindəki qəbiristanlıqlara baş çəkərək şəhid məzarlarını ziyarət ediblər. Zəfər Parkındakı abidənin önünə toplaşan iştirakçılar, qəhrəmanlarımızı bir daha yad edərək ehtiramlarını ifadə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 07.11.2023 21:14