AZ EN RU

"Şəhidlər unudulmur" mövzusunda tədbir keçirilib

25 yanvar 2024-cü il tarixdə Xok kənd tam orta məktəbində Kəngərli Rayon İcra Hakimiyyətinin, Kəngərli Rayon Təhsil şöbəsinin və Xok kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Şəhidlər unudulmur" mövzusunda tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbirdə çıxışlar dinlənilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.
Sonda şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb

Nəşr edilib : 25.01.2024 16:25