AZ EN RU

Şəhidin xatirəsi yad edilib

Kalbaoruc Dizə kəndindən olan şəhid Məmmədov Şəhriyar Müzəffər oğlu şəhadətinin 3-cü ilində yad edildi. Tədbirdə ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının müdirləri öz çıxışlarında şəhidlər bizlər üçün həm nisgil, həm kədər, o cümlədən qürur və fəxarət, qeyrət  simvolu kimi xatırlanır. Torpaqlarımız uğrunda canından keçmək ənənəsi ata-babalrımızdan bizlərə miras qalıb, ona görə də vətən-millət yolunda canından keçən oğullarımız var deyə biz xoşbəxt xalqıq. Qeyd olunub ki, artıq ərazi bütövlüyümüz tam təmin olunub, şəhidlərimizin ruhları  bir mahnıda deyildiyi kimi, Vətən göylərində azad gəzirlər. Bu cür tədbirlərin keçirilməsi, onların yad olunması şəhidlərin əziz xatirələrinə ehtiramımızın,  həssas münasibətimizin  ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçibsə, xatirələri hər yerdə anılırsa, deməli onlar ölməyiblər, sıralarımızda yaşayırlar.

Xəbərlər şöbəsi

Nəşr edilib : 24.10.2023 17:53