AZ EN RU

Şəhidin xatirəsi ehtiramla yad edilib

Babək rayonunun Yarimca kəndində şəhid Vəlizadə İbrahim Malik oğlunun xatirəsi  ehtiramla  yad edilib .  Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin rəisi Hafis Nəcəfov və başqaları anım tədbirində çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyətinin tamam olduğu gün Xankəndində müqəddəs bayrağımızın dalğalanmasından, xalq ordu birliyindən danışılıb.
Qeyd olunub ki, müharibə dövründə zəfərin qazanılması təkcə müasir texnikalarla deyil, məhz belə qəhrəmanlarımızın şücaəti, igidliyi nəticəsində olub. Bu gün şəhidimiz İbrahimin və digərlərinin qısa, lakin şərəfli ömrü gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. 
Anim tədbirində Yarımca kənd tam orta məktəbinin şagirdləri şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləmişlər. 
Şəhidin əziz xatirəsi məzun olduğu məktəbdə də yad edilib.


Xəbərlər şöbəsi

Nəşr edilib : 30.11.2023 19:38