AZ EN RU

Şəhidimizin xatirəsi yad edilib

Bu gün Sədərək şəhidlərindən Firudin Musayevin xatirəsi yad edilib. 1992-ci ilin may ayında Sədərəkdə şəhid olan Firudin kimi oğullarımızın qanı yerdə qalmadı. Biz bu günü həm də Laçının işğalı kimi qeyd edirdik. Hansı ki 1992-ci ildə mayın 14-də Mütəllibovun yenidən hakimiyyətə qayıtması ilə əlaqədar AXC -nin Laçını müdafiə edən hərbi hissələri oradan çəkməsinə və ermənilərin Laçını işğal etməsinə şərait yaratdı.  O zamanın özbaşınalığı, hakimiyyətdəki səriştəsizliyi torpaqlarımızın itirilməsinə, neçə-neçə günahsız insanların həyatına son qoyulmasına  gətirib çıxardı. Bu gün, şükürlər olsun ki,  Qarabağımıza qayıtmışıq. Sədərək uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımızın məzarı başında alnıaçıq, başı dik gəzirik. Ali Baş Komandan cənab İlham Əliyev var olsun! Bugünkü günə görə biz şəhidlərimizə borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəşr edilib : 18.05.2024 12:40