AZ EN RU

Şəhid yad edilib

Qahab kəndindən olan şəhid İsmayılov Abbasəli İmamqulu oğlu şəhadətinin 3-cü ildönümündə məzarı başında yad edildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, rayonun bəzi idarə, müəssisə və təşkilatlarının müdirləri çıxış edərək qeyd ediblər ki, şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Ordu-xalq birliyinin qarşısında dayana bilməyən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. O ordu ki, antiterror əməliyyatlarında 24 saat tamam olmadan ərazi bütövlüyümüzü bərpa etdilər, o xalq ki, haqq-ədalət mübarizəsi apararaq ədaləti bərqərar etdilər, o lider ki, qətiyyəti, əzmkarlığı və dəmir yumruğu daim düşmənin başı üzərindən əksik etmədi. Bu faktorlar xalqımızı və ordumuzu Müzəffər etdi.

Nəşr edilib : 23.10.2023 17:23