AZ EN RU

Şəhid Səməd İsmayılovun xatirəsi anılıb

Babək rayonu Nehrəm qəsəbəsindən olan şəhid İsmayılov Səməd İbrahim oğlunun anım günü münasibətilə onun adının verildiyi Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati Hüseyn Niftəliyev, Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yasəmən Hacıyeva çıxış edərək şəhidin döyüş yolundan danışıblar. Digər çıxış edənlər xalqımızın qəhrəmanlıq ənənələrindən, Azərbaycan oğullarının tarix boyu öz torpaqlarını yadelli hücumlarından mərdliklə qorumalarından və işğal olunmuş torpaqlarımızın son 300 il ərzində ilk dəfə olaraq güc yolu ilə azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazandığımız möhtəşəm qələbəmizdən söhbət açıblar. 
Tədbirdə şagirdlər şəhidlik zirvəsi və vətənpərvərlik mövzusunda şeirləri bədii qiraət ediblər. 
Sonda xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 29.01.2024 13:35