AZ EN RU

Şəhid Sahib Məmmədovun doğum gününə həsr olunmuş yoldaşlıq görüşü keçirilib

Yaycı kənd 2№-li tam orta məktəbdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Məmmədov Sahib Yaşar oğlunun anadan olması münasibəti ilə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Gənclər və İdman İdarəsinin və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3№-li və Yaycı kənd 2№-li tam orta məktəblərin oğlan komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov çıxış edərək Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında və keçirilən yarışın mahiyyəti barədə iştirakçılara ətraflı məlumatlar verib, komandalara uğurlar arzulayıb. Tədbirdə həmçinin şəhid Rzalı Daşqın və Hüseynli Rəşadın  ailə üzvüləri də iştirak edib. Şəhid valideyinləri adından  Rzalı Daşqının anası Gültəkin Abdullayeva  belə tədbirlərin keçirilməsi və şəhidlərin xatirəsinin yad edilib daim diqqətdə saxlanıldığı üçün hər kəsə  öz təşəkkürünü bildirib.  

                                                                  Aidə İbrahimova

Nəşr edilib : 16.11.2023 23:12