AZ EN RU

Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

Quliyev Novruz Mahmud oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Doğulub boya-başa çatdığı Füzuli rayon Çimən kəndi isə onun son döyüş yeri olub.

Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən Quliyev Novruz Mahmud oğlunun nəşinin qalıqları Vətən müharibəsində qazanılan qələbədən sonra Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli rayonunda torpağa tapşırılıb.

Şəhid Novruz Quliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılanıb və ailəsinin yaşadığı fin tipli qəsəbəyə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb.

Daha sonra şəhidin nəşi Bala Bəhmənli kənd məzarlığına gətirilib.

Şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Sonra şəhid Novruz Quliyevin nəşinin qalıqları torpağa tapşırılıb.

Nəşr edilib : 16.05.2024 16:47