AZ EN RU

Şəhid məzarı ziyarət olunub

    Babək Rayon Nehrəm qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı şəhadətə yüksələn leytenant Zamin Allahverdioğlu və  44 günlük Vətən müharibəsi zamanı şəhid olan leytenant Ümid Məmmədovun məzarı ziyarət edilib, “Qurani-Kərim”dən ayələr oxunub.
    Şəhidlərimizin məzun olduqları tam orta məktəblərdə də onlar yad edilib və bununla bağlı tədbirlər keçirilib. Tədbirdə Babək Rayon İcra başçısının əməkdaşları  dövlət orqanlarının nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
   Tədbirdə Ümummilli Lider Heydər Əliyev və  ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı canından keçən qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətənin qəhrəman oğullarının əziz xatirəsinin hər zaman yüksək tutulacağından və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin mahiyyətindən danışıblar.

Bülbül Quliyeva

Nəşr edilib : 05.10.2023 21:33