AZ EN RU

Şəhid İbrahim Vəlizadənin büstünün açılışı olub

    Şərur rayonunun Şəhidlər xiyabanında keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev Azərbaycan Ordusunun rəşadətindən bəhs edib. Bildirib ki, uzaqgörən siyasətçi, fenomenal şəxsiyyətin uğurlu missiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
    Sonra qəhrəman şəhidimizin ölümündən sonra aldığı “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları onun valideynlərinə təqdim edilib.
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun çıxışları olub. Bildirilib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənc­lərimizin müqəddəs amalı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. 
    Tədbirdə digər çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs ediblər.
    Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.10.2023 20:45