AZ EN RU

Şəhid ataları : Şuşaya sancılan Zəfər Bayrağını burada görmək bizi qürurlandırdı

Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Amin Gülməmmədovun və Ramin Bağırovun ataları da bugünkü festival - konqresin iştirakçıları arasında idilər. Onlarla həmsöhbət olduğumuzda Mais Gülməmmədov dedi ki, bu gün burada Şuşaya sancılan bayrağı görəndə qürurla o Zəfər Bayrağını seyr etdik. Fəxr etdik ki,bizim oğullarımız bu Vətəni bütövləşdirənlərdən oldular.  Onlar öz qanları ilə Zəfər tarixi yazıb xalqımıza gözəl günlər bəxş etdilər. İgid oğulların rəşadəti sayəsində bu gün burada iki gəncin toy mərasimini sülh və əmin-amanlıqla keçiririk. 
Nəriman Bağırov isə bildirdi ki, Vətən uğrunda şəhidlik şərbəti içən balalar dünyaya gələndə Qarabağ işğal olunmuşdu, Qərbi Azərbaycanı isə illər öncə tamamilə itirmişdik. Onlar Qarabağı azad edərək vaxtilə Zəngəzurdan, Göyçədən, Dərələyəzdən zorla çıxarılan insanların qəlbində ümid işığı yandırdılar. Zəfərdən sonra Azərbaycan Qafqazda söz sahibi oldu. Və biz əminik ki, Müzəffər Ali Baş Komandan sülhə nail olub qərbi azərbaycanlıları da öz dədə-baba yurdlarına qovuşduracaq.

Nəşr edilib : 21.06.2024 21:48