AZ EN RU

Şəhid anası: Zəfər seçkisində iştirak etməkdən qürur duyuram

Vətən müharibəsi şəhidi Raqib Hüseynovun valideynləri Naxçıvan şəhərindəki 15 nömrəli tam orta  məktəbdə, 4-18 saylı məntəqədə öz səsvermə hüquqlarından istifadə ediblər. Şəhid anası Rəna xanım bildirdi ki, Vətən müharibəsinin ilk günlərində oğlu şəhadət şərbəti içib. Onun bürünüb gəldiyi bayrağı bəy paltarı bilib bağrına basıb. Bu gün də oğlumun ətrini üçrəngli, ay- ulduzlu bayrağımızdan alıram. Bu bayrağı daim yüksəklərdə görmək ümidi ilə oğlumun da canından keçdiyi Vətənin gələcəyi üçün səs verdim. Vətənimizin igid oğullarının valideynləri kimi bu Zəfər seçkisində iştirak etməkdən qürur duyuram.

Nəşr edilib : 07.02.2024 09:53