AZ EN RU

Şəhid anası qazilərlə görüşüb

Azərbaycan Respublikasının  Milli Qəhrəmanı  Polad Həşimovun anası Səmayə xanım "Naxçıvan Qaziləri" İctimai Birliyinin ofisində qazilərlə görüşüb.O, burada yaradılan Şəhidlər guşəsi ilə tanış olub, qazilərin Polad Həşimovla və Vətən müharibəsi ilə bağlı xatirələrini dinləyib. Oğlunun  döyüş yoldaşları ilə görüşməkdən şad olduğunu qeyd edib. Birliyinin sədri, Vətən müharibəsi qazisi Cehun Bayramov şəhid anasına hörmət və ehtiramlarını çatdıraraq qeyd edib ki, Polad Həşimovun şəhadəti Vətən müharibəsinin başlanmasını qaçınılmaz etdi. Hər bir əsgər və zabit öz cəsur generalının qisasını almağa can atdı. Və el bir olub, yumruq kimi birləşib bütün şəhidlərin qisasını aldı. İgid oğullar Vətənin bütövlüyü uğrunda canından, sağlamlığından keçdi.
Görüşdən sonra şəhid anası Vətən müharibəsində şəhadətə yüksələn igidlərdən olan Raqib Hüseynovun dünyaya gəldiyi evi və ailəsini də ziyarət edib.

Nəşr edilib : 27.06.2024 21:13