AZ EN RU

Şəhid anası: "Oğlumun canından əziz bildiyi Vətənin işıqlı gələcəyinə səs verdim"

Şanlı Vətən savaşında qələbənin qazanılmasında naxçıvanlı igidlər qəhrəmanlıq göstərərək başımızı uca etdilər. Onlar yurdu uğrunda “Öncə Vətən”, – deyib canlarından keçdilər. Həmin igidlərdən biri – döyüşlərdə “Naxçıvan canavarı” adı ilə tanınan Vəli Quliyevin anası Həqiqət xanım bu gün səhhəti ilə bağlı Bakı şəhərində olsa da, Nərimanov rayonu 18 saylı Seçki Dairəsinin 18-6 saylı məntəqəsində öz səsvermə hüququndan istifadə edib. O, seçki ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:
– Bu seçkiyə kimi bir neçə səsvermədə iştirak etmişəm. Amma bu gün daha qürurvericidir biz şəhid ailələri üçün. Çünki bu seçki həm də Zəfərdən sonrakı ilk seçki olmaqla bərabər birliyimizin, həmrəyliyimizin, bütövlüyümüzün göstəricisidir. Oğlumun canından əziz bildiyi Vətənin işıqlı gələcəyinə səs verdim. Tanrı şəhid məzarlarının başı üstündə qürurla dalğalanan bayrağımızı daim uca, dövlətimizi var etsin!

Nəşr edilib : 07.02.2024 12:21