AZ EN RU

Şəhid anası Mədinə xanım: "Bayrağımız hər zaman zirvələrdə dalğalansın"

Şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanım: “İndiyədək dəfələrlə səsvermədə iştirak etmişəm. Amma bugün qalib ölkənin vətəndaşı olaraq prezident seçkilərində iştirak etmək qürurverici idi. Oğlum şəhid mayor Vüsal Vəliyev torpaqlarımızın düşməndən azad olunması zamanı son damla qanınacan döyüşdü, şəhid oldu. Bugün şəhidlərimizin sayəsində torpaqlarımız azaddır. Bayrağımız Şuşada, Xankəndidə dalğalanır.

Güclü ordu, qətiyyətli Ali Baş Komandan və xalqımız var olduqca Azərbaycan daha da güclənəcək. Gələcək qalibiyyətlərə səs verdim.

Yaşasın dövlətimiz!

Bayrağımız hər zaman zirvələrdə dalğalansın!”

Nəşr edilib : 07.02.2024 17:09