AZ EN RU

Şəhid ailəsi ziyarət olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhidimiz Məmmədli Nicat Rizvan oğlunun ailəsi Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov və Culfa Rayon İcra Hakimiyyəti başçısının Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Pərviz Hacıyev tərəfindən ziyarət olunub, qayğıları ilə maraqlanılıb.

Görüşdə Nicatın Vətən müharibəsindəki döyüş yolundan, xüsusilə Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidlikdən söhbət açılmış, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir. Qeyd olunub ki, Nicat kimi qəhrəmanlar Azərbaycan gənclərinin Vətənə olan sevgisinin nə qədər böyük olduğunu dünyaya nümayiş etdirdi. Xalqımız qalib sərkərdə İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və 30 illik işğala son qoyuldu.

Sonda şəhidimizin valideynləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.12.2023 10:48