AZ EN RU

Şəhid ailəsi ziyarət olunub

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Vahid Muradov, icra hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev və kənd icra nümayəndəsi Əli Nəcəfov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Şamil Baloğlan oğlunun ailəsini ziyarət edib,  onların  qayğıları ilə maraqlanıblar.

 Şamil Babayev ikinci Qarabağ müharibəsinin ən uğurlu əməliyyatlarından biri hesab olunan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Söhbət zamanı Sara Hüseynova adlarını  tarixə qızıl hərflərlə yazan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini vurğulamış, şəhid ailələrinin hər zaman dövlətin diqqət  və qayğısı ilə əhatə olunduğunu qeyd etmişdir. Həmçinin bildirib ki, son dövrlərdə həyata keçirilən layihələr  işğaldan azad olunmuş torpaqlarımızda tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də illərdir həyata keçirilməyən tədbirlərin, ənənlərimizin mühafizəsinə xidmət edir…

 Şəhidimizin valideynləri qonaqlara göstərdkləri  diqqətə görə minnətdarlıq bildirərək belə görüşlərin onlar üçün təsəlli olduğunu qeyd ediblər.

            Aidə İbrahimova

 

Nəşr edilib : 18.11.2023 18:14