AZ EN RU

Şəhid ailələrinin su problemi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti şəhid və qazi ailələrinin mövcud sahədə olan çətinliklərinin aradan qaldırılması üçün səylə çalışır.

Babək rayonunun Cəhri qəsəbəsindən olan şəhid Cəfər Cəfərovun atası İbrahim Cəfərov Cəmiyyətin tabe idarəsi olan Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə müraciət edib. Şəhid atasının müraciəti dərhal dəyərləndirilib. Məlum olub ki, İbrahim Cəfərovun həyatyanı sahəsində istifadəyə yararsız, axıntı suları toplanır. İdarə əməkdaşları tərəfindən 160 millimetrlik dəmir borularla 34 metr məsafədə qazıntı işləri aparılıb, borular qaynaq edilərək xəttə basdırılıb, daha sonra xəttin üzərində hamarlanma işləri görülüb.

Nəşr edilib : 15.03.2024 14:44