AZ EN RU

Şəhid ailələrinin iştirakı ilə tədbir olub

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Təhsil Şöbəsinin dəstəyi ilə “Zəfərə doğru irəli”  layihəsi çərçivəsində Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.
Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsində Şanlı Qələbənin qazanılmasında şəhidlərimizin xidməti danılmazdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi ilə torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut edib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Nəzifə Haqverdiyeva, şəhid ailələri və qazilər çıxış edərək Vətən torpaqlarımızın işğaldan azad olunmasında fədakarlıq göstərən şəhidlərimizə rəhmət diləyiblər.
Tədbir şagirdlərin şeir və kompozisiyaları ilə davam etdirilib.

Nəşr edilib : 05.03.2024 16:53