AZ EN RU

Şəhid ailələrinin bir qrupu istirahət mərkəzinə yola düşüb

Ölkəmizdə şəhid ailələrinə böyük diqqət, qayğı göstərilir. Şəhid ailələri üçün mənzillər inşa olunur, şəhidlərin övladlarına qayğı ilə yanaşılır, onların sosial müdafiəsi təmin edilir. Muxtar respublikada da bu qəbildən olan insanlara xüsusi diqqət göstərilir. Şəhid ailələri ilə görüşlər təşkil edilir, sosial qayğıları yerində öyrənilir, həll edilir. Şəhid övladlarının asudə vaxtının səmərəli təşkili və şəhid ailələrinin istirahətinin təşkili üçün işlər görülür. Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığ ilə bir neçə şəhid ailəsi üzvünün Ağbulaq İstirahət Mərkəzinə gedişi təmin edilib. Qeyd edək ki, fevral ayının 16-na kimi 150 şəhid ailəsinin burada istirahəti təmin olunacaq. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 31.01.2024 15:41