AZ EN RU

Şəhid ailələri ziyarət olunur

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hacı Hacıyev, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov və Babək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən Abbasovun iştirakı ilə rayonun I Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhadətə ucalan şəhidlərin ailə üzvlərinin ziyarəti mütəmadi olaraq davam edir. Görüşlərdə şəhid ailə üzvlərinin sosial problemləri diqqət mərkəzində saxlanılır, problemlərin həlli üçün ardıcıl tədbirlər görülür.

Dünən daha bir şəhid ailəsi Şəkərabad kəndində şəhid baş leytenant Telmanlı Allahyar Elman oğlunun ailəsi ziyarət olunub.

Nəşr edilib : 12.09.2023 16:36