AZ EN RU

Şəhid ailələri ziyarət olunub

Şəhidlərin anım günü ərəfəsində Babək rayonunun şəhid ailələri evlərində ziyarət olunub, sosial problemləri diqqət mərkəzində saxlanılıb.

Görüşdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov, başçının birinci müavini Emin Məmmədxanlı, başçının müavini Səbinə Abbasova və aparatın şöbə müdiri Hacı Hacıyev iştirak etmişdir.

Şəhid ailələrinin üzvləri və digər çıxış edənlər muxtar respublikada şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 26.09.2023 20:09