AZ EN RU

Şəhid ailələri və müharibə iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunur

Bu barədə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşü zamanı çıxışında da qeyd edib

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Muxtar respublikada da şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir. Bunu Noyabrın ayının 3-də Zəfər günü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşü zamanı çıxışında qeyd edib. Zəfər Günü ərəfəsində 7 şəhid ailəsi və 8 qazinin mənzillə təmin olunacağını bildirən səlahiyyətli nümayəndə 171 şəhid ailəsi üzvünün və qazinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıdığını, mənzili yanan 1 şəhid ailəsinin evinin yenidən tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, bəhs olunan dövrdə 12 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs avtomobillə təmin edilib. 109 nəfər şəhid ailəsi üzvünə və 75 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək” Fondu) tərəfindən 439 min 583 manat vəsait ödənilib. Bununla bərabər, dövlət qurumlarının əməkdaşları tərəfindən şəhid ailəsinin üzvləri 500 dəfəyə yaxın ziyarət olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.11.2023 19:32