AZ EN RU

Şəhər və rayonlar üzrə yeni fiber-optik magistral şəbəkə yaradılacaq

Naxçıvanda internetin sürətinin artırılması məqsədilə yeni fiber-obtik magistral şəbəkələrin qurulması nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər çərçivəsində Sədərək-Naxçıvan-Ordubad və Naxçıvan-Şahbuz istiqamətində yeni fiber-optik magistral şəbəkə yaradılacaq.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına əsasən həmin magistral şəbəkənin yaradılması məqsədilə ötən il oktyabrın 23-də  “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 24-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TMM TELEKOM” MMC ilə dekabrın 21-də satınalma müqaviləsi imzalanıb. Şəbəkənin yaradılması üçün  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3000.000,0 manat vəsaitin 1.471.866.000,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 1.528.134,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.01.2024 16:24