AZ EN RU

Şəhər birinciliyinin qalibləri məlum olub

    Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbin 30 idmançısı mübarizə aparıb.
    Birinciliyin yekununa əsasən Nihad Əhmədov qalib adını qazanıb.  Abbasəli Nəcəfli ikinci, Mirhəmid Seyidzadə isə üçüncü yerə layiq görülüblər.
    Sonda qalib və fərqlənən idmançılara diplom və fəxri fərmanlar təqdim olunub. Qeyd edək ki, ilk üçlükdə qərarlaşan idmançılar 30 mart 2022-ci il tarixdə keçiriləcək muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.03.2022 19:21