AZ EN RU

Şəhər birinciliyi yekunlaşıb

    Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar аrаsındа atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda federasiyanın şəhər bölməsinin 12 idmançısı iştirak edib. Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə Ayrım Nağıyev qalib adını qazanıb. Umud Məmmədov ikinci, Hüseyn Əliyev isə üçüncü olub.
   Sonda  yer tutan və fərqlənən idmançılara diplom və fəxri fərmanlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.05.2022 22:39