AZ EN RU

Şəhər birinciliyi keçirilib

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub. Birincilikdə 11 çəki dərəcəsi üzrə 55 idmançı iştirak edib. Birinciliyin yekununa gəlincə, Murad Hacızadə 29 kq, Qəhrəman Qəhrəmanov 32 kq, Şahin Əsgərli 35 kq, Elxan Muradov 38 kq, Ramal Məhərrəmli 41 kq, Ramal Rüstəmov 44 kq, Əli Mirzəli 48 kq, Səfər Muradov 52 kq, Eltun Abbaslı 57 kq, Mətin Cabbarlı 62 kq və Fərid Novruzlu 68 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar idarənin diplomları ilə mükafatlandırılıb.
Naxçıvan Güləş Federasiyası, Gənclər və İdman İdarəsi və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkil etdiyi birincilik 17 noyabr 2023-cü il tarixdə reallaşıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.11.2023 17:27