AZ EN RU

Şəhər birinciliyi keçirilib

    Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-     Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda iştirak edib. Yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarət olub. Çıxış edənlər tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verib, onlara uğurlar arzulayıblar.
    Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekun nəticəsinə əsasən final görüşündə 14 nömrəli tam orta məktəbin komandasını məğlub edən 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 16 nömrəli tam orta məktəbin komandası isə birinciliyi üçüncü pillədə başa vurub.
    Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.11.2022 20:44