AZ EN RU

Səfirlik: ABŞ bütün dünyada mina təhlükəsinin azaldılmasına sadiqdir

Amerika Birləşmiş Ştatları bütün dünyada mina təhlükəsinin azaldılmasına sadiqdir və 120-dən çox ölkəyə, o cümlədən 1999-cu ildən Azərbaycana ayırdığı 38 milyon dollara yaxın yardım etməklə adi silahların məhv edilməsinin aparıcı maliyyə dəstəkçisidir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsində paylaşımında deyilir.
"Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır və məcburi köçkünlərə öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək imkanı verir. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə Birləşmiş Ştatlar münaqişənin təsirinə məruz qalmış ərazilərdə minaların və partlamamış hərbi sursatların qurbanlarına və onların ailə üzvlərinə başsağlığı verir", - paylaşımda deyilir.

Nəşr edilib : 04.04.2024 21:22