AZ EN RU

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib. Xidmətin əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Bundan başqa, əvvəlki xidmətdə mövcud olan birinci müavin və üç müavin postu da ləğv olunub. Yeni baş idarədə müavinlər postu yaradılıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.

Nəşr edilib : 08.04.2023 10:34