AZ EN RU

Sədərəkdə yanğın olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sədərək rayonunda quru otluq sahəsinin yanması barədə məlumat daxil olub. 

Məlumat qəbul ediləndən dərhal sonra Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Nəşr edilib : 13.03.2024 19:05