AZ EN RU

Sədərək rayonunda vətəndaşlarla görüş keçirilib

Fevralın 5-ində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Sədərək kənd  İcra Nümayəndəliyinin inzibati binasında sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev görüşün əhəmiyyətindən bəhs edib.
Kənd sakinləri ilə görüşdə Komitə sədri Ramilə Seyidova ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın, uşaq  siyasətindən danışıb.  
Görüşdə 26 nəfər kənd sakininin müraciətləri dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailə məsələsi, işlə təmin olunma, aliment məsələsi, qış geyimi və məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. 
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilib, Komitənin səlahiyyət dairəsinə aid müraciətlər yerindəcə həll olunub və digər məsələlərin isə aid orqanlar qarşısında vəsatət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılıb.

Nəşr edilib : 05.02.2024 20:51