AZ EN RU

Sədərək rayonunda vətəndaşların müraciətləri dinlənilib

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Sədərək rayonunda sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

Görüşdə ümumilikdə 102 rayon sakininin müraciətinə baxılıb. Yerində həll edilməsi mümkün olan müraciətlər təmin edilib. Belə ki, 3 nəfərin işlə təmin edilməsi, 37 nəfərin özünüməşğulluq proqramına, 3 nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb. Bununla yanaşı, 2 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilməsi, 14 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədi ilə müvafiq sənədlərin Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub. Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətləri xaricində olan müraciətlərə isə aidiyyəti qurumlar tərəfindən baxılması üçün yönləndirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 15:12