AZ EN RU

Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov 5 mart 2024-cü il tarixində  Sədərək rayonunda vətəndaşları qəbul edəcək. 

Sədərək rayon sakinləri 4 mart 2024-cü il (saat 18:00-dək) tarixinədək 051 727 69 69 “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər. 
 Qeyd edək ki, vətəndaş qəbulu saat 15:00-dan 18:00-dək  Sədərək Rayon Təhsil Şöbəsinin inzibati binasında keçiriləcək.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.02.2024 14:50