AZ EN RU

Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov 13 yanvar tarixində Sədərək rayonunda vətəndaşları qəbul edəcək.

Sədərək rayon sakinləri Sədərək Rayon Mədəniyyət Şöbəsinə müraciət etməklə və 549-18-32, 060-360-13-18 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Sədərək Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.

Nəşr edilib : 12.01.2024 16:44