AZ EN RU

Sədərək rayonunda taxıl sahəsi yanıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  Sədərək rayon Sədərək kəndində taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 28.06.2024 17:42