AZ EN RU

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan şəxslər dəfn edilib

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində həlak olan şəxslər dəfn edilib.
"Şərq qapısı" xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan  1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu rayon qəbiristanlığında dəfn ediliblər.

Nəşr edilib : 28.04.2024 21:23