AZ EN RU

Sədərək rayon Dəmirçi kəndində yardımçı tikilidə baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sədərək rayonun Dəmirçi kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində tikilinin çardağın yanar konstruksiyaları yanıb. Tikiliyə bitişik olan yardımçı tikili (tövlə) yanğından xilas edilib.

Nəşr edilib : 27.01.2024 11:27