AZ EN RU

Sədərək gömrük postunda təlim keçirilib

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin və “Natiqlik” Akademiyasının birgə təşkilatçılığı ilə “Natiqlik – gözəl danışma sənəti” mövzusunda Sədərək gömrük postunda təlim keçirilib. Təlimi “Natiqlik” Akademiyasının təsisçisi Ramal Məmişov aparıb. 
    Tədbirin əvvəlində Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev natiqlik sənətinin təbii və qazanıla biləcək səriştə olduğunu, bu cür təlimlərin keçirilməsinin gömrük əməkdaşlarının inkişafında və vətəndaşlarla ünsiyyət zamanı vətəndaş məmnunluğunun təmin edilməsində olduqca mühüm rol oynadığını vurğulayıb. 
    Təlim gənclərin maraqla dinlədiyi xarizmatik nitq texnikası, akademik natiqlik, gözəl danışma sənəti, vətəndaşlar ilə ünsiyyət zamanı yarana biləcək nöqsanlar, onların aradan qaldırılması  və bu kimi digər mövzuları əhatə edib. 
    Qeyd edək ki, növbəti təlimlər Naxçıvan Baş Gömrük İdarəsi və tabeli gömrük postlarında da davam etdiriləcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.07.2023 16:30