AZ EN RU

Seçkinin ilk nəticələri açıqlanan kimi dövlət başçımızı təbrik edən liderlər

Ölkəmizdə 7 fevralda baş tutan növbədənkənar prezident seçkisində səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra   dövlət başçıları tərəfindən Prezident cənab  İlham Əliyevin ünvanına təbriklər gəlməyə başlayıb. Dövlət başçımızı  ilk təbrik edənlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Belarus lideri Aleksandr Lukaşenko olub.
Dünən Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələri açıqlanana qədər Macarıstan Baş naziri Viktor Orban, həmçinin qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da artıq  cənab İlham Əliyevə zəng edərək təbriklərini  çatdırıblar. Türkiyə Prezidenti eyni zamanda rəsmi məktubla da təbriklərini çatdırdı.
İraq lideri Əbdüllətif Camal Rəşid, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr lideri Ərsin Tatar, İran Prezidenti İbrahim Rəisi, Pakistan Prezidenti Arif Alvi, Çin sədri Si Szinpin də dünən gecə yarısına qədər Prezident  cənab İlham Əliyevi inamlı qələbəsinə görə təbrik ediblər.

Nəşr edilib : 08.02.2024 11:57